Türkiyəli məşhur aktrisadan qan donduran etiraf: Babam mənə təcavüz edirdi - FOTO

06:00 01-07-2021 498

Türkiyəli məşhur aktrisa Hafsanur Sancaktutan özünün “Instagram” hesabından babası tərəfindən zorlandığını bildirib. O, bu etirafını ölkədə 6 və 9 yaşlarında olan bacı və qardaşın anası, atalıqları və dayıları tərəfindən təcavüzə uğramaları ilə bağlı senssasion hadisəyə (mediada “Elmalı” hadisəsi kimi tanınır) münasibət bildirərkən edib.

Bu barədə “Haber Global” xəbər yayıb.

“Oxuyun, bu hekayə çox tanış gəlir! Susub, “ayıbdır”, “aman heç kim bilməsin” deyən hər kəs! Bəli, siz də uşaq istismarı edirsiniz. Etiraf edirəm, mənim də hekayəm buna bənzəyir! Mən də hamını ifşa edimmi? Utanarlarmı elədiklərindən? Babam tərəfindən zorlandım. Pedofil bir insanın nəvəsiyəm… Utanmırıq, qorxmuruq. Tək olmadığımızı bilirəm. Qızlar, susmayın. Artıq susmaq yox, çünki tək deyilik!”, - deyə o, bildirib.

Qeyd edək ki,  aktrisa Seray Kaya da “Instagram” hesabından rəfiqəsinin öz atası tərəfindən zorlandığını bildirib.

Mesajına “mən də uşaq idim!”, - deyə başlayan 30 yaşlı aktrisa qorxduğu üçün bu barədə ailəsinə danışmadığını deyib.

“Ailəmə deyəməcəyim qədər  çox qorxmuşdum və susdum. Rəfiqəmin öz atası tərəfindən dəfələrlə təcavüza uğramasının günahkarı mən deyiləm”, - deyə o, bildirib.

“Artıq qorxmuram. Bir-birimizin səsi olmağa, sənini eşitdirə bilməyən, istismara uğrayan uşaqlar üçün səs olmağa davam edəcəyik”, - deyə S.Kaya vurğulayıb.

Yeri gəlmişkən məşhur türkiyəli aktyor Celil Nalçakan “Elmalı hadisəsi”ndə cinsi istismara məruz qalan uşaqların anasının və ögey atasının hələ də azadlıqda olmalarına kəskin reaksiya verib.

“Özümü ihbar edirəm! Rəhmi A. və Merve A. iblisləri ilə  hər hansı bir yerdə, hər hansı bir şəkildə qarşılaşarsam, onların bədənlərində qırılmayan sümük qoymayacağam”, - deyə aktyor bildirib.