Nigarın geyimi müzakirələrə səbəb oldu - FOTO

20:00 25-07-2021 686

Müğənni Nigar Camalın ötən gün paylaşdığı şəkillər müzakirələrə səbəb olub.

Nigar əvvəlcə çimərlik geyimində şəkillərini yayımlayıb, daha sonra gecə paltarında şəkillərini paylaşaraq “Gecəniz xeyrə qalsın” şərhini yazıb.

500 çox şərh gələn şəkildə əksər izləyicilər Nigarı tənqid atəşinə tutub.

Müğənni şərhləri bağlayaraq “Sakitləşin... Şərhləri bağlayıram. Bir saata 500-dən çox şərh gəldi. Bu, sadəcə paltardır. Ötən günlərdə bu paltara reaksiya daha sakit olmuşdu” sözlərini yazıb.