Yaşlı kişini amansızlıqla döyüb cəzadan yayınmaq üçün həkimdən saxta arayış aldı - VİDEO

01:20 29-07-2021 355

Türkiyənin Samsun şəhərində 67 yaşlı kişiyə hücum edən şəxs törətdiyi əməli ört-basdır etmək üçün həkimdən saxta arayış alıb.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, arayışda 35 yaşlı şəxsin guya yaşlı kişi tərəfindən bıçaqla hücuma məruz qaldığı və bunun nəticəsi olaraq özünü müdafiə etdiyi qeyd olunub.

Lakin hadisənin həqiqətən necə baş verdiyi idarənin təhlükəsizlik kameraları tərəfindən qeyd alınıb.

Görüntülərdə yaşlı kişinin hücuma məruz qalaraq amansızlıqla döyüldüyü əks olunub.

Artıq görüntülər məhkəməyə təqdim olunub və hücum edən şəxsə qarşı açılan cinayət işinin maddəsi dəyişdirilib.

Tərəflər arasında baş vermiş insidentin səbəbləri barədə məlumat verilməyib.