Koronavirus yaddaş pozulmasına səbəb olur

06:40 30-07-2021 892

Norveçin Oslo Universiteti alimləri həkim Arne Soorasın rəhbərliyi altında koronavirusun yaddaşa təsiri barədə araşdırma aparıblar.

“JAMA Network Open” elmi jurnalında dərc olunan araşdırma nəticələrinə əsasən, COVID-19-un yaddaşla bağlı problemlərin yaranması ehtimalını beş dəfə artırması və mövcud problemləri kəskinləşdirməsi sübut edilib.

Alimlər yaddaş pozulmasının koronavirusu yüngül keçirən şəxslərdə də müşahidə olunduğunu, analoji halların sağaldıqdan 8 ay sonra belə yarana biləcəyini bildiriblər.

Qeyd edək ki, araşdırmada 13 mindən çox COVID-ə yoluxmuş şəxs iştirak edib. Onların 82%-i xəstə ikən və ya sağaldıqdan sonra yaddaşla bağlı müxtəlif problemlərlə qarşılaşdıqlarını bəyan ediblər.