Qadının pul qabını və telefonunu qarət etmək istədi: Ətrafdakı insanlar tərəfindən cəzalandırıldı - VİDEO

02:40 31-07-2021 357

İstanbulun Kiçikçəkməcə rayonunda gənc yaşlarında olan bir oğlan yol kənarında marşrut avtobusunu gözləyən qadının pul qabını və mobil telefonunu əlindən alıb.

“Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, hadisənin görüntüsü ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Qarət olunduğunu anlayan qadın qışqıraraq ətrafdakıları köməyə çağırıb.

Yaxınlıqdakı mağazalardan birinin satıcısı oğrunu yaxalayaraq onun soyğunçuluq etməsinə imkan verməyib.