Slovakiyada iki milyon avroluq vaksinasiya lotereyasına start verilib

08:20 02-08-2021 59

Slovakiyada koronavirusa qarşı peyvənd olunanlar arasında lotereya uduşlarına start verilib.

Bu barədə yerli RTVS radiosu məlumat yayıb.

Məlumata əsasən, lotereya oktyabrın sonunadək hər bazar oynanılacaq.

Həftəlik mükafat fondu iki milyon avro olan lotereyada minimal uduş min, maksimal uduş isə 100 min avrodur.