Finlandiyada Santa-Klaus vaksinasiya məntəqəsinə gəlib – FOTO

09:20 02-08-2021 69

Finlandiyada vaksinasiya məntəqəsini iki məşhur sima ziyarət edib.

Onlardan biri Santa-Klaus, digəri isə ölkədə tanınmış musiqiçi Lordi olub.

Bu barədə Santanın yaşadığı Rovaniyemi şəhər meriyası özünün sosial şəbəkə səhifəsində məlumat yayıb.

Uşaqların sevimlisinin peyvənd olunub-olunmaması dəqiq bildirilməyib. 2006-cı ildə “Avroviziya”nın qalibi olmuş musiqiçinin vaksinasiya olunduğu isə fotolardan anlaşılıb.