Bakı-Qazax yolunda faciəvi ölüm: Qadını maşın vurdu

12:40 02-08-2021 45

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 1958-ci il təvəllüdlü Ülkər Yusif qızı Əliyeva “Nissan” markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.