Azərbaycan çempionatında iştirak edəcək səkkiz komanda arasında Lənkəran təmsilçisi də var

14:00 02-08-2021 429

Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

HerGun.Az xəbər verir ki, toplantıda Yüksək Liqanın 2021/2022-ci il mövsümünə hazırlıq işləri müzakirə olunub.

Yeni mövsümdə səkkiz komandanın iştirak edəcəyi qərara alınıb. Onlardan beşi ötən çempionatda da gücünü sınayıb. Daha iki klub isə debütantdır və biri – “Alyans” FK Lənkəranı təmsil edir. Federasiya gənc futzalçıların inkişafı və təcrübə toplaması, eləcə də qarşıdan gələn Avropa çempionatına daha yaxşı hazırlaşması məqsədi ilə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin də Yüksək Liqada iştirakına icazə verib.

Beləliklə, Yüksək Liqanın 2021/2022-ci il mövsümündə bu komandalar iştirak edəcək: “Araz-Naxçıvan”, “Neftçi” İK, EKOL, “Rekord Klub Az”, “Alyans” FK (Lənkəran), “Baku Fire”, “Xilə” və U-19.

Qeyd edək ki, çempionat üç dövrədən və “pley-off” mərhələsindən ibarət olacaq. İlk dörd pillədə yer alacaq komandalar (1-4, 2-3) qalibi müəyyənləşdirəcək.

Xatırladaq ki, sonuncu dəfə keçirilmiş və pandemiyaya görə yarımçıq dayandırılmış 2019/2020-ci il çempionatında 10 komanda mübarizə aparıb.