ABŞ-da COVID-dən ölənlərin 95%-i peyvənd olunmayanlardır

07:00 03-08-2021 37

ABŞ-da koronavirusa qarşı vaksinin real təsirini üzə çıxarmaq üçün araşdırma aparılıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata əsasən, araşdırma nəticəsində koronavirusa yeni yoluxanlar arasında tam peyvənd olunanların 1%-dən az nisbət təşkil etdiyi ortaya çıxıb.

“Kaiser Family Foundation” tərəfindən aparılan araşdırmaya görə, yeni yoluxma hallarının 90%, xəstəxanaya yatırılma və ölüm hallarının isə 95%-i ümumiyyətlə vaksinasiyadan keçməyənlərin payına düşür.

Araşdırmanın ABŞ-ın Xəstəliklərə Nəzarət və Önlənmə Mərkəzinin dəstəyi ilə həyata keçirildiyi bildirilir.