Tokio Olimpiadası: Azərbaycan idmançısı medal üçün erməni ilə güləşəcək - FOTO

08:20 03-08-2021 71

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio Olimpiadasında ölkəmizə üçüncü bürünc medalı qazandıra bilər.

HerGun.Az xəbər verir ki, o, bu gün bürünc medal üçün təsəlliverici yarışa çıxıb.

Lamyed Maafini (Tunis) 11:1 hesabı ilə məğlub edən ikiqat Avropa çempionu, dünya mükafatçımız bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun rəqibi ikiqat Avropa mükafatçısı Karapet Çalyan (Ermənistan) olacaq. Bu bürünc medal uğrunda görüş Bakı vaxtı ilə saat 14:30-da olacaq.

Qadın güləşçimiz Elis Manolova (68 kq) isə Meerim Cümənəzərovaya (Qırğızıstan) uduzaraq medalsız qalıb.

Səbuhi Musayev