Tokio Olimpiadası: İkiqat Avropa mükafatçımız medalsız qaldı - FOTO

08:40 03-08-2021 500

Azərbaycanın ikinci yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) Tokio Olimpiadasını medalsız tərk edib.

HerGun.Az xəbər verir ki, o, bu gün ilk görüşdə Daniel Qreqoriçlə (Kuba) qarşılaşıb.

Lakin ikiqat Avropa mükafatçımız rəqibinə 1:3 hesabı ilə uduzub. Kubalı idmançı finala çıxa bilmədiyi üçün İslam Abbasovun da medalsız qaldığı təsdiqini tapıb.

Səbuhi Musayev