Baku Tv: İran səfiri hansı “fətva” ilə Kəlbəcərə boylanır? – VİDEO

22:40 04-08-2021 60

Azərbaycan torpaqları 30 il işğalda qaldığı müddətdə rəsmi Tehranın mövqeyini oxumaq nə qədər çətin idisə, post-müharibə dövründəki regional siyasəti də bir o qədər şifrəli və ikibaşlıdır. Çünki topaqlarımız işğal altında olanda Ermənistanı hər sahədə dəstəkləyən, havadarlıq edən İran Ermənistan məğlub olandan sonra Azərbaycana yarınmağa başladı. 

Halbuki İran Azərbaycanın qələbəsini qəbul etsə də, sükutunu müharibədən uzun müddət sonra pozub. Qonşumuz qələbəmizi həzm edə bilmədiyini müharibədən sonra da Ermənsitana və Qarabağ ermənilərinə yardım etməklə əks etdirib.

Rəsmi Tehran gördü ki, Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad edib və bu məsələdə İran yoxdur. Ona görə də müəyyən layihələrlə, müxtəlif ideyalarla Azərbaycana kömək etmək istədiyini göstərmək üçün yollar axtardı.

Daha ətraflı Baku TV-nin süjetində: