Daşkəsəndə 40 yaşlı kişi başından balta ilə xəsarət alıb

23:00 04-08-2021 279

Daşkəsən rayonunda sakininin başına balta ilə xəsarət yetirilib.

HerGun.Az-ın məlumatına görə, hadisə içki məclisində baş verib.

Məclisdə dava düşüb və 1981-ci il təvəllüdlü Eldəniz Abdullayev həmyerlisi Feyruz tərəfindən başından balta ilə xəsarət alıb. 

Ağır kələ-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

İlhamə Əbülfət