İmperator pinqvin koloniyalarının 98 faizi yox olma təhlükəsi ilə üzləşib - FOTO

08:20 05-08-2021 548

ABŞ Balıqçılıq və Vəhşi Təbiəin mühafizəsi xidməti, imperator pinqvinlərinin “iqlim dəyişikliyi ilə əlaqədar təhlükə altında olanlar” siyahısına salınmasını təklif edib.

Bu barədə “Associated Press” məlumat yayıb.

“İmperator pinqvinlərinin həyat dövrü - çoxalmağı, bəslənməyi və tük tökməsi dəniz buzuna bağlıdır”, - deyə “Woods Hole” Okeanoqrafiya İnstitutunun pinqvinlər üzrə mütəxəssisi Stefani Cenuvrie bildirib.

“Global Change Biology” tərəfindən aparılan araşdırmaya görə, bütün imperator pinqvin koloniyalarının təxminən 70 faizi 2050 -ci ilə qədər risk altında olacaq. Dünya ictimaiyyəti karbon tullantılarının nisbətini azaltmasa və iqlim problemlərinə yanaşmanı dəyişməsə bu rəqəm 2100 -cü ildə 95 faizə yüksələcək.

ABŞ hökuməti, nəsli kəsilməkdə olan heyvanlar siyahısına imperator pinqvinlərdən əlavə ağ ayıları da əlavə etmək təklifini irəli sürüb.

Hazırda 270-280 min arasında cüt imperator pinqvinləri var. Ümumilikdə Yer üzündə 625-650 minə qədər fərd var.