Bərdədəki uşaq bağçaları təmirdən sonra ən müasir standartlar səviyyəsinə gətirilib RƏY+FOTOLAR

16:46 09-08-2021 655

Leyla Məmmədova: “Pandemiya ilə əlaqəli bütün epidemioloji qaydalara riayət olunur”

Dünyanı bürüyən və bəşəriyyətə qlobal problemlər yaradan COVİD-19 pandemiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Lakin bir sıra ölkələrdən fərqli olaraq, məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti, verdiyi operativ qərarları nəticəsində koronavirusun vura biləcəyi ağır zərbələrin qarşısı maksimum dərəcədə azaldıldı. Əbəs deyil ki, hətta bir sıra aparıcı ölkələr Azərbaycanın bu qorxulu infeksiya ilə mübarizəsində tətbiq etdiyi işləri örnək, nümunə olaraq seçdilər.

Onu da qeyd edək ki, ölkəmizin paytaxtı ilə yanaşı, regionlarında da koronavirusla mübarizə bütün sahələrdə, o cümlədən, təhsil müəssisələrində və uşaq bağçalarında da tələb edilən qaydalar əsasında aparılmaqdadır. Belə ki, Azərbaycanın aparıcı regionarından olan qədim Bərdə də bu regionlar sırasında ilkin yerlərdən birini tutmaqdadır. Daha dəqiq desək, koronavirus pandemiyası dövründə görülən işlər və qabaqlayıcı operativ tədbirlər planına uyğun olaraq reallaşdırılan işlərin nəticəsidir ki, bu gün Bərdədəki uşaq bağçaları dünyanın ən müasir standartlarına cavab verən müəssisələr kimi tanınmaqdadır.

SİA olaraq biz bu barədə daha əvvəl də qeydlərimizi aparmışdıq. Belə ki, Bərdə rayon İcra Hakimiyyətinin qərarı ilə rayon ərazisində fəaliyyət göstərən Körpələr evi və uşaq bağçalarında işin təşkili, bağçaların ümumi vəziyyəti və pandemiya dövründə sanitar-gigiyenik durumun monitorinqinin keçirilməsi məqsədi ilə yaradılan komissiya üzərinə düşən məsuliyyəti artıqlaması ilə həyata keçirib, həmçinin, bir sıra ideya və təşəbbüsləri gerçəkləşdirməklə sözün əsl mənasında nümunəvi rol oynayıb. Komissiyaya rəhbərlik etmiş, həmçinin Bərdə rayonu 10 saylı Körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə sahib olan Leyla Məmmədova həmin vaxt bizə verdiyi açıqlamasında qeyd etmişdi ki, məhz komissiyanın uğurlu fəaliyyəti nəticəsində rayonda mövcud olan körpələr evi və uşaq bağçaları demək olar ki, tamamilə sıradan çıxmış vəziyyətdən ən müasir standartlara cavab verən şəraitə uyğunlaşdırılıb.

Artıq bu gün bütün tələb edilən qaydalara uyğun fəaliyyət göstərən körpələr evi və uşaq bağçaları təməlli qaydada, eləcə də öz modern üslubları ilə tam olaraq istifadəyə verilib: “Halbuki, bu müəssisələr tamamilə yararsız vəziyyətdə olmaları ilə yanaşı, təhlükəli halda idilər. Biz qarşımıza məqsəd qoyduq ki, həmin müəssisələri ən müasir üslübda təmirini gerçəkləşdirək, habelə, texniki təchizatlarla, lazım olan digər avadanlıqlarla təchiz edək. Bərdə rayon İcra Hakimiyyəti bütün öhdəlikləri öz üzərinə götürərək bu işləri həyata keçirməyimizə dəstək oldu”, - deyə Leyla Məmmədova bizimlə söhbətində bildirdi.

Görülən işlərlə bağlı bir sıra statistik rəqəmləri də gətirən Leyla Məmmədova bildirib ki, Bərdə rayonunda ümumilikdə 33 bağça fəaliyyət göstərir: “Onlardan 29-u tam təmir olunaraq istifadəyə verilib. 1705 uşaq bağçalara cəlb olunub. Bağçalar təmirdən çıxmamışdan əvvəl uşaqların gəlişi 800 idisə, indi 113 faizi təşkil edir. Bağçalar çox bərbad vəziyyətdə idi. Məhz Bərdə rayon İcra Hakimiyyətinin təşəbbüsü sayəsində biz müəssisələrimizi həmin vəziyyətdən çıxarmağa nail olduq".

İndi isə ancaq pandemiya ilə əlaqəli bütün epidemioloji qaydalara riayət olunur. Həm bağça binalarında, həm də ayrı-ayrılıqda tərbiyəçi müəllimələr və uşaqlar arasında dezinfeksiyaedici, gigiyenik vasitələrdən davamlı şəkildə istifadə edilməkdədir. Hər həftənin şənbə günləri bağçalar müafiq qurumlar tərəfindən dezinfeksiya olunur, sanitariya qaydaları həyata keçirilib. Eləcə də Bərdə rayon İcra Hakimiyyəti tərəfindən bağça müəssisələrinə tələb edilən dezinfeksiyaedici məhlullar, həmçinin digər vasitələr verilir”.

O, açıqlaması əsnasında görülən işlərin məqsədləri barədə də danışıb və bildirib ki, burada əsas məqsəd körpələrin və bağça yaşlı uşaqların yüksək keyfiyyətli təlim-tədris mühitlərini təmin etmək, həmçinin Azərbaycana sağlam, təhsilli, dünyagörüşlü vətəndaş yetişdirməkdən ibarətdir: “Söz yox ki, bizlər qarşımıza qoyulan öhdəliyi dərindən anlayır və dövlətimizin xidmətində dayanmaqdan hədsiz fərəh hissi keçiririk. Çünki bizlər həm də gələcək nəslimizin fiziki sağlamlığı, elmi və milli-mənəvi ruhdakı inkişafı istiqamətində fəaliyyətimizi qurmaqdayıq. Məhz bu xüsusda biz cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarına gösərdikləri davamlı diqqət və qayğıları nəticəsində uğurlara imza atırıq, onlardan örnək götürür, onların göstərdiyi təşəbbüslərindən faydalanır, ruhlanırıq. Bizlər müəllimə, ana olmağımızla yanaşı, həm də vətəndaşıq və gələcək vətəndaşlarımızın həyat məktəblərinin bizlərdən – uşaq bağçalarından başlaması da işimizə stimul verməkdədir”.

Müsahibimiz sonda qeyd edib ki, İnşaAllah qısa zamanda pandemiya da başa çatacaq və həyat yenidən öz düzəninə, axarına düşəcək: “Əlbəttə, həyata keçirilən tədbirlərimizin də bu uğurlarda öz payı vardır. Və bizlər çox fərəhliyik, qürurluyuq ki, dövlətimizin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı yorulmaz, müdrik siyasətinin uğurlu bəhrələrini görür, bu uğurları üzərimizə düşən vətəndaş məsuliyyəti ilə davam etdiririk”, Leyla Məmmədova qeyd edib.

 

Bütün xəbərlər Facebook səhifəmizdə