ŞƏHİD AİLƏLƏRİNİN ÜZVLƏRİ  İLƏ  GÖRÜŞ

23:04 12-08-2021 507

    12 avqust 2021-ci il tarixdə Beyləqan rayon Heydər Əliyev Mərkəzində  rayonun Dünyamalılar kənd  şəhid ailələrinin üzvləri ilə  görüş keçirilmişdir.  Heydər Əliyev Mərkəzinin təşkilatçılığı il keçirilən tədbiri  Mərkəzin direktoru Xəyalə  Kərimova  açıq elan etdi.

    Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirildi.

    Torpaqlarımızın azadlığı uğurunda  qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə  Kərimova çıxış edərək  44 günlük  vətən müharibəsindən,  Silahlı Qüvvələrin Ali Baş Komandanı müzəffər İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun işğalçı ermənistan ordusuna  qalib gələrək qələbə çalmasından danışdı. Bu döyüşlərdə Beyləqan rayonunun igid oğullarının, o cümlədən Dünyamalılar  kəndinin qəhrəman  şəhid və qazilərindən söz açdı. Şəhid ailələrinə  Allahdan rəhmət dilədi.

     Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov  çıxış edərək 44 günlük Vətən müharibəsində xalqımızın birliyindən, həmrəyliyindən, igid  oğullarımızın  qəhrəmanlığında söz açdı. Ali Baş Komandan  müzəffər İlham Əliyevin  rəhbərliyi ilə  şanlı Ordumuzun  Zəfər tarixinə imza atdığından danışdı. Qeyd etdi ki,2020-ci il ata-baba torpaqlarımızın işğalçı ermənilərdən  azad olunması ili kimi,Zəfər ili kimi tarixə yazıldı .

    Dünyamalılar kənd Ağsaqqallar Şurasının sədri İsgəndər Tağıyev, “Quruluş ” qəzetinin təsisçisi və baş redaktoru Elman İsrafiloğlu, Şahid ailə üzvü   Samirə Abdullayeva, tarix müəllimi Məhəbbət müəllim , Kürdəmir Regional Mədəniyyət  Evinin  məsul işçisi Nazim Çıraq və başqaları çıxış edərək 44 günlük vətən müharisbəsində Azərbaycanın şanlı Ordusunun işğalçı ermınilər üzərindəki  qələbəsindən danışdılar. Xalqımızın  qəhrəman oğullarının  vətən müharibəsində göstərdikləri şücaətdən, rəşadətdən  bəhs etdilər.Çıxış edənlər  qələbə sevincini  xalqımıza bəxş edən  Ali Baş Komandan Müzəffər İlham Əliyev başda olmaqla, Azərbaycan Silahlı Qüvvələrinin  zabit və  əsgərlərinə  minnətdarlıqlarını bildirdilər. Çıxış edənlər  şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan da  danışdılar. Sonda bütün şəhidlərə Allahdan rəhmət, qazilərə Allahdan şəfa dilədilər.

    Sonda tədbir iştirakçıları şəhid ailələri ilə xatirə şəkli  çəkdirdilər.

Elman İsrafiloğlu