Ancelina Colinin Bred Pitt barədə açıqlaması gündəm yaratdı - FOTO

06:00 05-09-2021 489

11 illik həyat yoldaşı Bred Pittdən boşanmağa qərar verən dünya şöhrətli ulduz Ancelina Colinin son evliliyi barədə açıqlamaları gündəm yaradıb.

6 uşaq anası olan 46 yaşlı Coli Pittlə münasibətləri və evliliyi boyunca həm özünün, həm də uşaqlarının təhlükəsizliyindən narahat olduğunu bildirib. O, həmçinin vurğulayıb ki, qəyyumluq məsələsi həll olunmadığı üçün bu barədə daha geniş açıqlamalar verə bilmir.

Coli Pitt ilə böyük oğlu Maddoks arasında təyyarədə olduğu iddia edilən zorakılığa də istinad edib:

“Hadisələr təyyarədəki sözlər və fiziki zorakılıqla başlamadı. Vəziyyət bundan qat-qat mürəkkəbdir”.

Aktrisa eyni zamanda əlavə edib ki, ailəsi və uşaqlarının atası üçün rahatlıq arzulayır:

“Biz hər zaman bir ailə olacağıq”.

Qeyd edək ki, məşhurlar 2005-ci ildə “Mr. and Mrs. Smith” filminindən tanış olublar. O zaman Cennifer Enistonla evli olan Pitt arvadından boşanıb Coli ilə evlənmişdi.

Mənbə: “The Guardian”