Cəmil Babayev iki erməni ilə dəyişdirilərək Azərbaycan tərəfinə qaytarıldı

21:00 07-09-2021 442

Gəncədə yerləşən psixatriya xəstəxanasından qaçdıqdan sonra yolunu azaraq Qarabağdakı Rusiya sülhməramlılarının nəzarəti altında olan əraziyə keçmiş azərbaycanlı Cəmil Babayev yolunu azaraq Azərbaycan tərəfə keçmiş iki erməni - Artur Nalbandyan və Aramais Torozyanla dəyişdirilib.

HerGun.Az-ın əldə etdiyi məlumata görə, dəyişdirilmə prosesi Rusiya sülhməramlılarının vasitəçiliyi ilə baş tutub.

Xatırladaq ki, avqustun 26-da Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.