Liftdə qalan qadın ölümdən son anda döndü - VİDEO

03:40 08-09-2021 595

Rusiyada Krasnoqorsk şəhərinin sakini ölümdən son anda dönüb.

Belə ki, lift qadının  mənzilinin olduğu 31-ci mərtəbədə dayanmayıb və yüksək sürətlə 43-cü mərtəbəyə qalxıb, sonra isə 1,5 metr aşağı düşüb.

Şok vəziyyətində olan qadın dəqiq nələr olduğunu anlamadığını bildirib. O, liftə girərkən yanıq iyi hiss etdiyini, sonra baş verənlərə görə huşunu itirdiyini və yerə uzanmış halda oyandığını deyib.

Qadın xəstəxanaya yerləşdirilib.

Prokurorluq yoxlamalara başlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Mənbə: 360 TV