Bakı sakini metronun yaxınlığında bıçaqlanıb

01:40 10-09-2021 515

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə metronun Koroğlu stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, naməlum şəxslər 2005-ci il təvəllüdlü Əhmədov Əhməd Elçin oğluna bir neçə bıçaq zərbəsi vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Mənbə: Apa.az