Baş nazir Ermənistanın təcavüzünün nəticələrinin qısa müddətdə aradan qaldırılmasına dair tapırıqlar verib

19:20 10-09-2021 505

Bu gün, sentyabrın 10-da Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasının təmin edilməsi üzrə Dövlət Komissiyasının növbəti genişləndirilmiş iclası keçirilib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, iclas zamanı ötən vaxt ərzində görülmüş işlərin vəziyyətinə dair məruzələr dinlənilib, yerdə qalan işlərə dair müzakirələr aparılıb və qısa müddət ərazində tam başa çatdırılımasına dair müvafiq tapşırıqlar verilib.