70 yaşında “yenidən doğulan” xəstə! - FOTO

10:00 15-09-2021 15

70 yaşlı Şefik Kovancının həyatını dəyişdirməyə kömək edən inanılmaz bir müalicə hekayəsi...

30 ildən çox idi ki, xəstə gəzərkən qan damarlarının tıxanması səbəbindən sol ayağında şiddətli ağrı keçirirdi. Üz tutduğu bütün həkimlər əməliyyatda israr edirdilər, lakin əməliyyatdan sonra əlillik riski yüksək olduğuna görə Kovancı müalicəyə başlamağa cürət etmirdi.

Xəstənin həyat yoldaşının üzərində müvəffəqiyyətli endovaskulyar angioqrafiya əməliyyatı keçirən “Acıbadem” klinikasının ürək-damar cərrahı Ahmet Arnazla görüşdən sonra qorxuları aradan qalxdı.

Sağlam həyat üçün vacib bir addım

Şəkərli diabet səbəbiylə xəstənin həyat yoldaşında okklyuziv arteriya xəstəliyi, sağ ayağın barmaqlarında uyuşma və sağalmayan yaralar vardı. Professor Ahmet Arnaz, müasir metodlardan istifadə edərək, xəstənin oklüziya və aterosklerozunu aradan qaldırdı ki, bu da müvəffəqiyyətli şəfaya səbəb oldu.

Sözün həqiqi mənasında, həyat yoldaşının təcrübəsindən ilhamlanan və professora güvənən Şefik Kovancı, sağlamlığı üçün əhəmiyyətli bir addım atdı və ən son endovaskulyar metoddan istifadə edərək uğurlu bir əməliyyat keçirdi.

Dünyanın ən yenilikçi texnikası

Ürək-damar cərrahiyyəsi professoru Ahmet Arnaz, pasiyenti Şefik Kovancını müalicə etmək üçün istifadə etdiyi ən yeni üsuldan danışır: “Bu vəziyyətdə xəstənin ayağındakı damarlar praktiki olaraq tamamilə bağlanmışdı və litotripsi (böyrək daşlarını məhv etmək üsulu) istifadə etmək qərarına gəldik. Ultrasəs dalğalarının köməyi ilə arteriyanın içərisində olan bütün qan laxtaları və lövhələr parçalanmağa başladı. Damarları genişləndirdikdən sonra açıqlığa nail olmaq üçün stent taxmağı bacardıq. Bu minimal invaziv damar stentlənməsi sadəcə dəridə kiçik bir deşmə ilə edildi. Bu ən müasir üsul sayəsində xəstələr əməliyyatdan bir gün sonra evə buraxıla bilər”.

“Mən yenidən doğuldum!”

70 yaşında xəstə qısa məsafələrdə belə gəzməkdə çətinlik çəkirdi. Professor Ahmet Arnaz pasiyenti Şefik Kovancını 30 ildən çox davam edən ağrıdan xilas etdi.

“Əməliyyatdan sonra sözün əsl mənasında “yenidən doğuldum”! Əvvəllər əməliyyata cəsarət etmirdim. Mümkün əlillik riskləri məni qorxudurdu, amma həyat yoldaşımı uğurla müalicə etdikdən və müasir endovaskulyar cərrahiyyə üsulu haqqında bütün məlumatları aldıqdan sonra heyran oldum və nəhayət etibar etdim. Dr. Ahmet Arnaz bir möcüzə etdi və ağrılarım azaldı. Yaxın gələcəkdə ikinci ayağımdan əməliyyat olunacağam!” - deyir Şefik Kovancı.

Tibbin inkişafı, təcrübəli mütəxəssislərin yüksək peşəkarlıq səviyyəsi və “Acıbadem” klinikaları şəbəkəsində tətbiq olunan tamamilə yeni üsullar sayəsində müxtəlif kompleks əməliyyatlar uğurla həyata keçirilir.

Qeyd edək ki, “Acıbadem” klinikasının Bakı nümayəndəliyinin xəstələrin məsləhət alması və müalicəsi üçün Türkiyəyə getməsində kömək edəcəyi ofisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 36 ünvanında yerləşir.

Tel.: +994 12 595 96 81.

Eləcədə, veb saytdan və ya rəsmi nümayəndəlikdən bir ərizə göndərərək “Acıbadem”in aparıcı həkimlərindən müstəqil bir konsultasiya ala bilərsiniz: http://www.acibadem.com.az/