72 yaşlı həyat yoldaşından hamilə qalan yaşlı qadın: Bu, möcüzədir, sürprizdir - FOTO

03:00 16-09-2021 429

ABŞ-da 62 yaşlı qadın 72 yaşlı ərindən hamilə qalıb.

İki uşaq anası olan Cenni adlı bloqqer qadın öz hekayəsini sosial şəbəkələrdə paylaşıb.

Qadın qeyd edib ki, son 16 il ərzində menstruasiya dövrünü keçirməsə də hamilə qalmasını möcüzə və sürpriz kimi dəyərləndirir.

Lakin bloqqer onun bu yaşda hamilə qalmasının internet istifadəçiləri arasında birmənalı qarşılanmadığını da yazıb.

Bəzi sosial şəbəkə istifadəçiləri qadının 62 yaşda uşağa sahib olmasını ona və övladına mənfi təsir edə biləcəyini düşünürlər.

Mənbə: “The Sun”