Tanınmış dirijor Nizami Məmmədov vəfat edib

19:40 16-09-2021 460

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestrinin bədii rəhbəri və baş dirijoru Nizami Məmmədov vəfat edib.

O, 74 yaşında dünyasını dəyişib.

Nizami Məmmədov eyni zamanda Naxçıvanda ilk estrada orkestrinin qurucusudur, uzun illər pedoqoji fəaliyyətlə də məşğul olub.

Allah rəhmət eləsin!

Mənbə: Trend