Rusiyada Dövlət Dumasına seçkilərə start verilib

01:00 17-09-2021 362

Rusiyada Dövlət Dumasına seçkilərə start verilib.

Parlamentin aşağı palatasının səkkizinci çağırış tərkibinin seçilməsi üçün ilk məntəqələr Çukotka və Kamçatkada açılıb.

Bu il “Birlikdə seçirik” şüarı altında keçirilən parlament seçkiləri üç gün davam edəcək. Dövlət Dumasıyla yanaşı, Rusiya subyektlərinin regional və yerli orqanlarına da seçkilər baş tutacaq.

Qeyd edək ki, 450 deputat yeri olan parlamentin aşağı palatasına 14 siyasi partiyadan 3910 namizəd irəli sürülüb.

Seçkilərin yekun nəticələri oktyabrın 4-də açıqlanacaq.