Uşaq pornoqrafiyası istehsal edən şəxsə 27 il həbs verildi - FOTO

03:00 17-09-2021 330

Dünyanın ən böyük uşaq pornoqrafiyası istehsalı ilə məşğul olan ABŞ və İrlandiya vətəndaşı Erik Marques 27 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq qurumlarının apardığı araşdırma nəticəsində onun idarə etdiyi şirkətin kompüterlərində uşaq pornoqrafiyasına aid 8,5 milyon fraqment aşkarlanıb.

Qərar ABŞ məhkəməsi tərəfindən elan olunub.

Erik Marques cəzasını çəkib həbsxanadan çıxacağı təqdirdə də ömürlük nəzarəti altında saxlanacaq.

Mənbə: “Sputnik”