ABŞ-da hinduların müqəddəs adlandırdığı mağara hərracda satılıb - VİDEO

04:00 17-09-2021 432

ABŞ-ın Missuri ştatında mağara üzərinə həkk edilən və 1 000 ildən yuxarı yaşı olan rəsm əsərləri hərraca çıxarılıb.

Hərracda “Şəkillər mağarası” adlandırılan tarixi yer oraya bitişik meşə ərazisi ilə birlikdə 2,2 milyon dollara satılıb.

Hərrac Oseydj hinduları tərəfindən etirazla qarşılanıb.

Onlar sözügedən ərazini müqəddəs yer kimi qoruyub saxlamağı vacib bilirlər. Hindular qeyd edib ki, əcdadları mağarada müxtəlif ayinlər keçirib və orada ölülərini dəfn ediblər.

Mənbə: “The Guardian”