Türkiyəli aktrisa: “Geyinilmiş paltarlar alıram” - FOTO

02:20 18-09-2021 445

Türkiyəli məşhur aktrisa Şebnem Bozoklu həyat yoldaşı Kanat Atkaya və dostları ilə nahar edən zaman kameralara tuş gəlib.

42 yaşındakı aktrisa çıxışda jurnalistlərin suallarını cavablandırıb.

O deyib ki, bacardığı qədər dostları ilə vaxt keçirməyə çalışır.

Aktrisanın sözlərinə görə, alış-veriş zamanı ikinci əl paltarlara üstünlük verir:

“İkinci əl geyimlərin möhtəşəm bir şey olduğunu düşünürəm. Moda və sürətli istehlakın təbiətə zərər verdiyini bilirəm. Almamağa çalışıram, amma təbii ki alırıq. Buna görə də ikinci əl, xüsusən də az istifadə olunan paltarlara üstünlük verirəm”.

Mənbə: “Habertürk”