Kokain kapsulları udan narkotacir faciəvi şəkildə öldü - VİDEO

04:00 18-09-2021 363

İçində kokain olan kapsulları udaraq təyyarə ilə İstanbul Hava Limanına daxil olan ekvadorlu faciəvi şəkildə həlak olub.

Hadisənin baş vermə anı hava limanında olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Hadisə yerinə gələn təcili tibbi xidmət personalının əməkdaşları onun öldüyünü təsbit ediblər.

Cəsəd müayinəsi üçün morqa aparılıb. Ekspertiza nəticəsində Ekvador vətəndaşının mədəsindən 400 qram kokain aşkar edilib.