Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO

05:00 18-09-2021 294

Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb.  

Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizlik kamerasını oğurlayaraq özləri ilə aparıblar.

Cinayəti törətmiş şəxslər artıq saxlanılıb. Onların anbardan 70 min lirə (təxminən 14 min manat) miqdarında müxtəlif avadanlıq oğurlandığı aşkar edilib.


Mənbə: “Demirören Haber Ajansı” (DHA)