İmişlidə 33 yaşlı kişi qətlə yetirilib

09:20 18-09-2021 474

İmişlidə qətl hadisəsi törədilib.

“Report”un məlumatına görə, hadisə Cahar kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Nadir oğlu həmkəndlisi tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Onun meyit müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına göndərilib.

Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.