Serbiyalı uşaqlar Azərbaycan himnini oxudu - VİDEO

15:20 20-09-2021 483

Azərbaycan Premyer Liqasının IV turunun “Neftçi” – “Keşlə” (3:0) oyununda maraqlı məqam diqqəti çəkib.

HerGun.Az xəbər verir ki, qarşılaşmanı tribunadan izləyənlər arasında meydan sahiblərinin serbiyalı mərkəz müdafiəçisi Voyislav Stankoviçin övladları da olub.

Onlar atalarının 90 dəqiqə çıxış etdiyi oyundan əvvəl Azərbaycanın dövlət himnini oxuyublar.

Qeyd edək ki, 33 yaşlı Voyislav Stankoviç 2015-ci ildən Azərbaycanda çıxış edir. Onun övladları Bakıda təhsil alır.