Nazir Nəriman Abbasovla görüşüb – FOTO

21:00 21-09-2021 441

Gənclər və idman naziri Fərid Qayıbov MMA döyüşçüsü Nəriman Abbasovla görüşərək onu təbrik edib və bundan sonrakı yarışlarda da qələbələr arzulayıb. 

Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Nəriman Abbasov “AMC Fight Nights” turnirində Şamil Zavurovu məğlub edərək növbəti dəfə öz titulunu qoruyub. İndiyədək 30 döyüş keçirən idmançımız bunlardan 27-də qalib gəlib.