Cennifer Lopez və Ben Afflek ilk dəfə birlikdə müsahibə veriblər - FOTO

03:40 22-09-2021 498

Son zamanların ən çox maraq doğuran cütlüklərindən olan Cennifer Lopez və Ben Aflek ilk dəfə birgə müsahibə veriblər.

Söhbət əsnasında Cey Lo karyera və uğurları barədə danışıb. Ben isə hislərini gizlədə bilməyib və sevgilisinə heyranlığını bildirib.

“Cenin dünyaya necə təsir etdiyinə heyranam. Ən yaxşı edə biləcəyim şey insanların duyğularına təsir edəcək filmlər çəkməkdir. Cennifer isə bir çox insana bu ölkədə öz yerinin olduğunu hiss etmək üçün ilham verdi. Tariximizdə çox az adam buna nail olub. Heç vaxt eyni şeyi edə bilmərəm, amma inanılmaz dərəcədə dəstəkləyirəm və hörmət edirəm”, - deyə o bildirib.

Mənbə: “Adweek”