Tanınmış şərhçinin son vəziyyəti AÇIQLANDI

13:40 22-09-2021 307

Koronavirusa yoluxmuş Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlanıb.

“Yeni Klinika”dan HerGun.Az-a verilən açıqlamada bildirilib ki, tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır stabil olaraq qalır:

“Fasiləsiz böyrək əvəzedici terapiya olunur və ECMO ilə orqanizm dəstəklənir”.

Qeyd edək ki, 10 il öncə Elnur Əşrəfoğlunun böyrəyinin biri çıxarılıb. O, bu ayın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan E.Əşrəfoğlu daha sonra “Yeni Klinika”ya köçürülüb.