Qadın futbol millimizin 8 topdan çox buraxdığı matçlar: 0:17, 0:15, 0:13

14:00 22-09-2021 425

Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində dünən növbəti böyük hesablı məğlubiyyətlərindən birini alıb.

HerGun.Az xəbər verir ki, komandamız Bakıdakı “ASK Arena”da keçirilən görüşdə hər hissədə 4 top buraxmaqla Danimarka millisinə 0:8 hesabı ilə uduzub.

Bununla da yığmamız 6-cı dəfə 8 və ya daha çox top fərqi ilə uduzub. 2010-cu ildə dünya çempionatının seçmə mərhələsində uduzduğumuz görüşlər gənclərlə çıxmağımızın nəticəsi olub. Belə ki, UEFA və FIFA Azərbaycanın əsas millisində “lipa” (sənədləri saxtalaşdırılmış) faktını aşkarladığından, komandamız meydana gənclərlə çıxmalı olub. 

19.06.2010 Tübiz. Belçika – Azərbaycan 11:0

23.06.2010. Yöteborq. İsveç – Azərbaycan 17:0

21.08. 2010. Kardiff. Uels – Azərbaycan 15:0

25.08.2010. Praqa. Çexiya – Azərbaycan 8:0

18.02.2021. Bakı. Azərbaycan – İspaniya 0:13

21.09.2021. Bakı. Azərbaycan – Danimarka 0:8