Avstraliyada son 150 ilin ən güclü zəlzələsi baş verib - VİDEO

17:40 22-09-2021 407

Avstraliyanın Viktoriya əyalətində son 150 ilin ən güclü zəlzələsi baş verib. Seysmoloqların məlumatına görə, təkanların gücü 6 bala çatıb.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayımlanıb.

Bildirilir ki, Melburnda 46 binaya və yollara ziyan dəyib, sakinlər təxliyə edilib.

Zəlzələnin episentrinin şəhərin 180 kilometr şərqindəki dağlarda, on kilometr dərinlikdə olduğu bildirilir. Yeraltı təkanlar, təxminən, 15-20 saniyə davam edib. Seysmoloqlar bunun ardınca başqa, daha güclü bir zəlzələnin gəlmə ehtimalı olduğunu düşünürlər.

Mənbə: TASS