Azərbaycan şahmatçısı Dünya kubokunda bürünc medal qazandı

18:40 22-09-2021 420

FİDE-nin (Beynalxalq Şahmat Federasiyası) təşkil etdiyi, şahmat kompozisiyalarının tərtibi üzrə 9-cu Dünya Kuboku başa çatıb.

Səkkiz bölmə üzə keçrilən turnirdə 192 şahmatçı mübarizə aparırdı. 20 ölkədən olan 65 şahmatçının iştrak etdiyi yardımmat bölməsində (Dünya Kubokunun ən çox iştrakçısı olan bölməsi) Azərbaycanlı iştirakı Kənan Vəlixanov 3-cü yeri tutaraq bürünc medal gazanıb.

“Bu mənim Dünya kuboklarında qazandığım 5-ci medaldır, ikisi bürünc, üçü qızıl! Kompozisiyanın məzmununda birinci və ikinci gedişlərin silsilə növbələşməsi, ikiqat Albino mövzusu ilə müşahidə olunur. Belə gediş növbələşməsilə məsələlər olmuşdu, ancaq burada qaralar bütün oyunu müxtəlif mövzularda həyata keçirir. Bu isə kompozisiyanı digərlərindən fərqləndirir, unikal edir”,-deyə şahmat kompozisiyaçı K.Vəlixanov bildirib.

Mənbə: Modern.az