Parlament Vətən müharibəsinin ildönümü ilə bağlı bəyanat qəbul edəcək

16:40 24-09-2021 327

Azərbaycan Milli Məclisi Vətən müharibəsinin başlanmasının ildönümü ilə bağlı bəyanat qəbul edəcək.

Bu məsələ parlamentin payız sessiyasının ilk plenar iclasının gündəliyinə daxil edilib.

İclasda Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı səsləndiriləcək və qəbul ediləcək.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.