Mahir Emrelidən möhtəşəm qol, komandası uduzur – VİDEO

23:20 25-09-2021 488

Polşa Ekstraklassasında IX turun oyunları davam edir.

HerGun.Az xəbər verir ki, Varşavanın “Legiya” klubu da növbəti matçına çıxıb.

Paytaxt təmsilçisi doğma meydanda “Rakuv”la qarşılaşıb.

Komandanın heyətində çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli qarşılaşmaya start heyətində başlayıb.

24 yaşlı hücumçu 34-cü dəqiqədə komandasının bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, hazırda görüşdə ikinci hissə oynanılır, “Legiya” məğlub olur – 1:3.

Mahir Emreli VIII turda “Lençna”ya 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada da fərqlənmişdi.