Yaşıl işığa bürünən Yerin kosmosdan möhtəşəm görüntüsü - FOTO

03:40 26-09-2021 402

Fransalı astronavt Beynəlxalq Kosmik stansiyadan daha bir möhtəşəm foto ilə gündəmə gəlib. Bu dəfə onun kadrında planetimizin yaşıl işıq saçması əks olunub.

Fotonu “xüsusi” adlandıran astronavtın sözlərinə görə, həmin vaxt bədirlənmiş Ay Yeri gündüz kimi işıqlandırmışdı.

Qeyd edək ki, Peske aprel ayından BKS-dədir. Bu müddət ərzində o, dəfələrlə BKS-dən maraqlı görüntülər paylaşıb. Astronavtın noyabr ayında Yerə qayıtması planlaşdırılır.