Qadın geyimli kişi mağaza müştərilərinə balta ilə hücum etdi - VİDEO

05:40 26-09-2021 406

Rusiya paytaxtında supermarketlərdən birində qadın geyimli kişi müştərilərə balta ilə hücum edib. Nəticədə iki nəfər - bir kişi və bir qadın yaralanıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, münaqişə ərzaq arabasının üstündə baş verib.

Qadın geyimində olan kişi saxlanılıb. Hadisə ilə bağlı istintaqa başlanılıb.

Mənbə: RT