Tramp: “2024-cü ildə yalnız bir halda namizədlikdən imtina edərəm”

07:40 26-09-2021 323

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində namizədliyini irəli sürməsinə yalnız bir şeyin əngəl ola biləcəyini açıqlayıb.

O, bu etirafı “Real America's Voice” adlı televiziya proqramında edib.

“Belə bir şeyi heç gözləmirəm, ancaq həkimimdən pis bir xəbər gəlsə, o zaman namizəd olmaram”, - deyə D.Tramp bildirib.

Mənbə: “Haber Global”