Azərbaycan boksçuları dünya çempionatının hazırlığına başlayıb

02:00 29-09-2021 508

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib.
Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Boks Mərkəzində təşkil olunan məşqlər Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Toplanışa 20-dək boksçu dəvət edilib. Komandaya tezliklə millinin hərbçilərin dünya çempionatında mübarizə aparmış üzvləri də qoşulacaqlar. Mundial 13 çəki dərəcəsində keçiriləcəyindən məşqçilər korpusu yarışa 1 həftə qalmış heyəti müəyyənləşdirəcək.

Qeyd edək ki, oktyabrın 24-də start götürəcək dünya çempionatı noyabrın 6-dək davam edəcək.