Şahin Zirvə

 

   Şəhid Hüseynli Şahin Vaqif oğlu

08:06 02-10-2021 57

Şəhid Hüseynli Şahin Vaqif oğlu , 04 may 1995-ci il  tarixdə Beyləqan şəhərində anadan olub. İkinci Qarabağ –Vətən müharibəsi başlayanda  vətənin qeyrətli mərd oğulları kimi  döyüşlərə qatılıb. 44 gün davam edən döyüşlərdə qəhrəmanlıq göstərərək  adını qızıl həriflərlə tarixə yazan  igidlərimizdəndir.

   2020-ci il sentyabr ayının  27-də Qarabağın düşmənlərdən azad edilməsi uğurunda gedən Vətən müharibəsində qəhrəmacasına şəhid olub.  Tankçı idi. Subay idi.

   27 sentyabr 2021-ci il tarixdə cənnətdə olmasının birinci ildönümü ilə  bağlı anım tədbiri keçirilmişdir. Anım tədbirində  Şəhidimizin  anası Tərgül ana, qardaşı Babək, qohumları, döyüşçü yoldaşları, qazilər,Yeni İctimai Nəzarət  şurasının Beyləqan rayon  şöbəsinin sədri Asif Quliyev  və  həmin təşkilatın  işçiləri, mətbuat işçiləri iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları Şəhidimizin evində olmuş, Beyləqan şəhər Akif Əkbərov və Elxan Əliyev küçələrinin  kəsişməsində  ucaldılan Şəhidlər abidə kompleksini ziyarət etmişlər.

Sonra tədbir iştirakçıları Cərciz peyğəmbər ziyarətgahında  şəhidləri ziyarət etmiş, məzarları önünə gül-çiçək dəstələri düzmüşlər. Şəhidlərin xatirələrinə dualar  oxumuşlar. Döyüşçü yoldaşları Şəhid Şahin Zirvənin  döyüş yolundan danışmışlar.

   Xatırladaq ki, həmin gün ölkəmizin hər yerində olduğu kimi Beyləqanda da   günorta saat 12:00-da hərəkət dayandırılmış  44 gün davam edən Vətən müharibəsində  həlak olan  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla  yad edilmişdir.

Allah bütün şəhidlərə  rəhmət eləsin.