“Bugatti”dən yeni model - FOTO

04:00 20-08-2019 1398

“Bugatti” şirkətinin bu il 110 yaşı tamam olur.

Rus mətbuatının xəbərinə əsasən, bu münasibətlə yeni “Centodieci” modeli istehsal olunub.

Yeni model ən bahalı modellərdən biri, ən güclü hiperkar sayılır.

“Centodieci” tərcümədə “yüz on” mənasına gəlir. Bu isə şirkətin 110 illik yubileyi üçün nəzərdə tutulub. Eyni zamanda 10 rəqəmi cəmi 10 ədəd yeni model istehsal ediləcəyindən xəbər verir.

8 litr həcmli, “W16” mühərriki 1600 at gücü hasil edir. Aqreqat tam ötürücülü sistem və 7 pilləli sürtlər qutusu ilə çalışır.

Yeni kompozit materiallar hesabına hiperkarın çəkisi 20 kq azalıb. “Centodieci” yerindən 100 km/saat sürəti 2.4 saniyəyə, 200 km/saat sürəti isə 6.1 saniyəyə yığır. Maksimal sürəti 380 km/saat olan avtomobil yerindən 300 km/saat sürəti isə 13.1 saniyəyə əldə edir.

Məlum olub ki, hiperkarın qiyməti 8 milyon avro olsa da, rəsmi təqdimata qədər bütün modellər satılıb.