“CinemaPlus”da Ceyms Bond haqda filmin premyerasında sürpriz - FOTO/VİDEO

18:00 11-10-2021 561

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında Agent 007 pərəstişkarlarını möhtəşəm sürpriz gözləyirdi.

Ceyms Bond haqqında “Ölmək vaxtı deyil” filminə bilet alan tamaşaçılar “Avanqard” Kamera Orkestrinin ifasında möhtəşəm konsert dinləmək imkanı qazandılar. Musiqiçilər Ceyms Bond filmlərinin saundtrekləri də daxil olmaqla məşhur filmlərin mahnılarını ifa etdilər.

Baş qəhrəmanın obrazı peşəkar aktyor tərəfindən canlandırıldı. O foto və video çəkilişlərində fəal iştirak etdi.

Film haqqında qısa məlumat: Ceyms Bond xəfiyyəlik xidmətindən ayrılıb və Yamaykada sakit həyat tərzi sürür. FTB-dən olan köhnə dostu Feliks Leyter adadan kömək istədiyi zaman isə hər şey dəyişir. Qaçırılan alimi xilas etmək missiyası düşündüyündən də təhlükəlidir. Bond təhlükəli texnoloji silahlarla silahlanmış məxfi bir cani tərəfindən tələyə salınır.

Filmin rejissoru Keri Fukunaqa. Baş rollarda Ana de Armas, Deniel Kreyq və Lea Seydu.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.