“Mercedes-Benz”in taxtadan dəqiq modeli hazırlanıb - VİDEO

03:00 12-10-2021 631

Vyetnamlı bloqer və “WoodWorking Art” “YouTube” kanalının müəllifi taxtadan “Mercedes-Benz G 500” modelinin hazırlayıb.

Avtomobilin bir neçə həftəlik “istehsal” prosesi doqquz dəqiqəlik videoda əks olunub.

Qeyd edək ki, bu vyetnamlı bloqerin ilk əl işi deyil. Bundan əvvəl o, taxtadan “G-Class”ın “AMG G 63” versiyasını hazırlamışdı.

Dülgər bloqer əl işlərini internet mağazada satır. “WoodWorking Art”dan olan avtomobillərin taxta nüsxələri orta hesabla 1000 funt-sterlinqə başa gəlir (2,3 min manat).

Qiymətlər baha olsa da, əl işlərinin alıcıları az deyil.

Mənbə: Motor.ru