Makoley Kalkinsiz “Evdə tək” filminin treyleri yayımlanıb – VİDEO

05:40 14-10-2021 30

“Disney” “Evdə tək” (“Home Sweet Home Alone”) filminin remeykinin treylerini yayımlayıb.

Baş rolu “Oskar” mükafatına layiq görülmüş “Dovşan Coco” (“Jojo Rabbit”) filminin 12 yaşlı aktyoru Arçi Yeyts oynayıb.

Filmdə uşağın adı Maks Merkerdir. Zəngin ailənin evini bu dəfə ailəli cütlük yarmalıdır.

Filmin nümayişi “Disney+” kanalında noyabrın 12-ə nəzərdə tutulub.